6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Xətai rayonunu sakinlərinin nəzərinə - İŞIQ OLMAYACAQ

05-may-2025
Xətai rayonunu  sakinlərinin nəzərinə - İŞIQ OLMAYACAQ
Yazı Ölçüsü:
Bu gün Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"PostMedia" bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xətdində əsaslı təmir-bərpa işləri aparıldığına görə mayın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031