Bu gün saat 10:00-dan etibarən Bakının Nərimanov rayonunun Xətai prospektinin, Ə.Dəmirçizadə və Ə.Əlizadə küçələrinin, Sabunçu rayonunun isə H.Cavid, N.Axundzadə, Y.Əliyev, eləcə də M.Hacinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
”PostMedia” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Fasiləyə səbəb Nərimanov rayonu, Dəmirçizadə küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə sayğacların giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədi ilə 25.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılmasıdır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
