N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

"Lukoil" 2024-cü ildə neft hasilatını 2,6% azaldıb

23-aprel-2025
Admin
"Lukoil" 2024-cü ildə neft hasilatını 2,6% azaldıb
Yazı Ölçüsü:
2024-cü ilin yekunlarına görə, "Lukoil" şirkəti neft və kondensat hasilatını 2,6% azaldaraq 80,4 milyon ton təşkil edib.
"PostMedia" xəbər verir ki, bu göstəriciyə "Qərbi Kurna-2" layihəsi daxil edilməyib.
Beynəlxalq layihələr üzrə neft hasilatı 2,7% azalıb və 3,9 milyon ton təşkil edib. Bu azalma, Qazaxıstanda və Azərbaycan layihələrində təmir işləri ilə əlaqəlidir.
2024-cü ildə "Lukoil" qaz hasilatını 2,3% azaldaraq 34,3 milyard kubmetr edib. Beynəlxalq layihələr üzrə qaz hasilatı isə 4,5% azalıb və 16,2 milyard kubmetr olub.
2024-cü ildə "Lukoil" neft satışlarını 17,1% artırıb və 60,5 milyon ton təşkil edib. İxrac isə 4% artaraq 36,7 milyon ton olub. Şirkət, bu artımın səbəbini, öz xammalının emal həcminin azalması və xarici bazarlara satışın artması ilə əlaqələndirib.
2024-cü ildə "Lukoil" neft məhsullarının ixracını 17,4% azaldıb, 14,7 milyon ton təşkil edib. Şirkət, bu azalmayı, Rusiya NQİ-lərində təmir işləri və daxili bazarda satışların artması ilə əlaqələndirib. Neft məhsullarının istehsalı isə ümumilikdə 10,5% azalıb və 54,3 milyon ton olub.
Avropa NQİ-lərində emal həcmi 18% azalıb və 13,5 milyon ton təşkil edib, bu da "ISAB" NQİ-nin İtaliyada satılması ilə əlaqədardır.
Ümumilikdə, "Lukoil" 2024-cü ildə 131,2 milyon ton neft və qaz məhsulunu satışa çıxarıb, bu da əvvəlki ilə nisbətən 2% artım deməkdir.
Kateqoriyalar