Bu gün Bakının Pirallahı və Nəsimi rayonlarındakı bəzi küçələrdə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu haqda “PostMedia”ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Pirallahı rayonunda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların yeniləri ilə əvəz edilməsi və Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi işləri ilə əlaqədar olaraq, aprelin 22-də saat 10:00-dan başlayaraq qaz təchizatı kəsiləcək.
Bu zaman Pirallahı rayonundakı Süleyman Bağırov və Fioletov küçələri, həmçinin Nəsimi rayonundakı Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələri və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
