Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 bareli 64,76 ABŞ dollarına təklif edilib.
“PostMedia” xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 3,9 ABŞ dolları və ya təxminən 6,41% bahalaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 61,50 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 3,99 dollar/barel və ya 6,94% artım deməkdir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
