Londonun “InterContinental Exchange” (ICE) birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin may fyuçersləri üzrə 1 bareli 95,92 ABŞ dollarına təklif edilib.
“PostMedia” xəbər verir ki, bu, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 10,49 dollar və ya təxminən 9,85% ucuzlaşma deməkdir.
Eyni zamanda, Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 88.13 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 10,19 dollar və ya təxminən 10,36% azalma deməkdir.