6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

ABŞ Ukrayna danışıqları fonunda “Lukoil”in beynəlxalq aktivlərinin satışını ləngidir

26-fevral-2026
ABŞ Ukrayna danışıqları fonunda “Lukoil”in beynəlxalq aktivlərinin satışını ləngidir
Yazı Ölçüsü:
ABŞ Ukrayna ətrafında aparılan sülh danışıqlarında bu aktivlərdən təzyiq və danışıqlar aləti kimi istifadə etmək məqsədilə Rusiyanın neft nəhəngi “Lukoil”in beynəlxalq aktivlərinin satış prosesini ləngidib,
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) mümkün alıcılar üçün müddəti 28 fevraldan 1 aprelədək uzadacaq. Vaşinqton, Moskva və Kiyev arasında son həftələr aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
Sanksiyalar “Lukoil”i İraqdan Finlandiyaya qədər neft yataqları, emal zavodları və yanacaqdoldurma şəbəkələrini əhatə edən beynəlxalq portfelini satışa çıxarmağa məcbur edib. 22 milyard dollarlıq bu aktivlərə ExxonMobil də daxil olmaqla onlarla şirkət maraq göstərir.
Növbəti ABŞ–Rusiya–Ukrayna danışıqları mart ayında planlaşdırılır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930