Avropa İttifaqının Rusiyanın neft ticarətində iştirak etdiyi iddia olunan xarici limanlar və banklara qarşı sanksiyalar tətbiq etmək cəhdləri ciddi müqavimətlə üzləşir. Bu isə Aİ-nin 20-ci sanksiya paketini zəiflədə bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir.
Forbes-in məlumatına görə, bəzi ölkələr Gürcüstan və İndoneziya limanlarına qarşı tədbirlərə ehtiyatla yanaşır. Xüsusilə, İtaliya və Macarıstan Gürcüstanın Kulevi limanı ilə bağlı narahatlıq ifadə edib. Yunanıstan və Malta isə İndoneziya limanı ilə bağlı etirazlarını bildiriblər.
Bundan əlavə, "Bloomberg"in mənbələri qeyd edir ki, İtaliya və İspaniya Kubada yerləşən bir banka qarşı sanksiyalara da qarşı çıxıblar.
Agentliyin məlumatına görə, artan müqavimət Aİ-nin son sanksiya paketinin təsir gücünü zəiflətmək təhlükəsi yaradır. Mənbələr Romada Gürcüstan limanına qarşı sanksiyalara istəksiz yanaşılmasını həmin liman vasitəsilə Azərbaycandan qaz tədarükünün həyata keçirilməsi ilə izah edirlər.
