N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Rusiya maye qazı tezliklə Azərbaycan ərazisindən keçməklə Ermənistana daxil olacaq

19-yanvar-2026
Türkan Nəbi
Rusiya maye qazı tezliklə Azərbaycan ərazisindən keçməklə Ermənistana daxil olacaq
Yazı Ölçüsü:
Ermənistan Rusiya Federasiyasından maye qazın Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə ölkəyə gətirilməsi imkanını müzakirə edir.
"PostMedia" xəbə verir ki, bu barədə NEWS.am-a açıqlamasında Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan məlumat verib.
Onun sözlərinə görə, hazırda Ermənistanda maye qazın idxalı ilə bağlı problem mövcuddur, çünki ölkə əsasən iki mənbədən — İran və Rusiyadan idxal həyata keçirir. İranda məlum səbəblərdən müəyyən çətinliklər yaranıb, Rusiya istiqamətində isə problemlər Yuxarı Lars keçidi ilə bağlıdır.
“Problem çox tezliklə həll olunacaq, çünki maye qaz artıq dəmir yolu ilə Ermənistana idxal edilməyə başlayacaq. Rusiya maye qazı yaxın vaxtlarda Azərbaycan ərazisi ilə Ermənistana gətiriləcək. Problemin həlli üçün Rusiyadan maye qazın dəmir yolu ilə daşınması variantı müzakirə olunur”, – deyə o bildirib.
Bu prosesin nə vaxt reallaşacağı ilə bağlı suala cavab olaraq sözçü dəqiq tarix göstərmədən “tezliklə” deyib.
Qeyd edək ki, son günlər Ermənistanda maye qazın qiyməti artıb, bazarda isə qaz qıtlığı müşahidə olunur.
Kateqoriyalar