Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Bakıda saxlanılan ermənilərin məsələsini müzakirə ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə Ararat Mirzoyan Vaşinqtondan canlı yayım zamanı, TRIP proqramının icrası ilə bağlı Marko Rubio ilə keçirilən görüşdən sonra bildirib.
Əsirlər məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala cavab verən xarici işlər naziri qeyd edib ki, həm ikitərəfli məsələlər, həm də TRIPP-in perspektivləri müzakirə edilib. Onun sözlərinə görə, “hazırda sülh və əməkdaşlığın müsbət tendensiyalarına tam uyğun gəlməyən bütün mümkün maneələr müzakirə olunub”. “Bu da həmin məsələlərdən biridir”, — deyə Mirzoyan əlavə edib.
Mümkün addımlar və yardımın müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab olaraq nazir bildirib ki, Azərbaycanda saxlanılan şəxslərin məsələsi müzakirə edilib.
Nazir canlı yayımı baş nazir tərəfindən tez-tez istifadə olunan bir jestlə — ürək işarəsi ilə yekunlaşdırıb.