N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

OPEC+ ölkələri hələlik neft hasilatını artırmamaq qərarına gəliblər

05-yanvar-2026
Amin Şükür
OPEC+ ölkələri hələlik neft hasilatını artırmamaq qərarına gəliblər
Yazı Ölçüsü:

Könüllü neft hasilatının məhdudlaşdırılmasında iştirak edən OPEK+ ölkələrinin nazirləri yanvarın 4-də qlobal neft bazarının perspektivlərini müzakirə ediblər.

"PostMedia" xəbər verir ki, alyansın səkkiz üzv ölkəsi cari ilin birinci rübündə hasilatın artırılmasının dayandırılmasını qoruyub saxlamaq barədə qərar qəbul edib. Növbəti üç ay ərzində onların hasilat səviyyəsi dekabr ayında qüvvədə olan kvotalara uyğun olacaq.

Bəyanatda bildirilir ki, səkkiz üzv ölkə mövsümi amillərlə əlaqədar olaraq 2026-cı ilin fevral və mart aylarında hasilat həcmlərinin mərhələli artırılmasının dayandırılması qərarını təsdiqləyib.

OPEK-də qeyd olunub ki, gündəlik 1,65 milyon barellik həcm bazar şərtlərinin dəyişməsindən asılıdır və qismən və ya tam şəkildə mərhələli olaraq bərpa oluna bilər.

Karteldə vurğulanıb ki, ölkələr bazar şəraitini diqqətlə izləməyə və qiymətləndirməyə davam edəcək, bazar sabitliyinin qorunması istiqamətində səylər çərçivəsində ehtiyatlı yanaşmanın və tam çevikliyin saxlanmasının vacibliyini bir daha təsdiqləyiblər. Bu, həmçinin 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barellik könüllü hasilat azaldılmaları da daxil olmaqla, əlavə könüllü düzəlişlərin dayandırılması və ya ləğvi imkanlarını əhatə edir.

Beləliklə, 2026-cı ilin fevral və mart aylarında Rusiyanın neft hasilatı kvotası gündəlik 9,574 milyon barel, Səudiyyə Ərəbistanının 10,103 milyon barel, İraqın 4,273 milyon barel, BƏƏ-nin 3,411 milyon barel, Küveytin 2,580 milyon barel, Qazaxıstanın 1,569 milyon barel, Əlcəzairin 971 min barel, Omanın isə gündəlik 811 min barel təşkil edəcək. Bu göstəricilər 2025-ci ilin dekabrı və 2026-cı ilin yanvarı səviyyəsinə uyğun olan artıq hasilata görə kompensasiyalar istisna edilməklə müəyyən edilib.

Kateqoriyalar