N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Gürcüstanın Azərbaycandan aldığı elektrik enerjisinin həcmi açıqlanıb

05-yanvar-2026
Turan Hüseynli
Gürcüstanın Azərbaycandan aldığı elektrik enerjisinin həcmi açıqlanıb
Yazı Ölçüsü:
Gürcüstanın Elektrik Enerjisi Bazarının Operatorunun (ESCO) hesabatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında Gürcüstan Azərbaycandan 372,9 mln kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ümumi idxalın 29,6%-ni təşkil edir. "PostMedia" xəbər verir ki, eyni dövrdə Gürcüstan Azərbaycana 50,14 mln kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, iki ölkə arasında enerji mübadiləsi Gürcüstanın artan daxili tələbatı fonunda əsas istiqamətlərdən biri olaraq qalır.
Ümumilikdə, hesabat dövründə Gürcüstanda elektrik enerjisi istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 13,4 mlrd kVt/saat olub. Elektrik enerjisi istehsalı isə 4,4% azalaraq 12,7 mlrd kVt/saat təşkil edib. İstehsalın əsas hissəsi Su Elektrik Stansiyalarının payına düşüb – 10,4 mlrd kVt/saat, istilik stansiyaları 2,2 mlrd kVt/saat, “Kartli” külək stansiyası isə 73,69 mln kVt/saat enerji istehsal edib.
Bu dövrdə Gürcüstanın ümumi elektrik enerjisi idxalı 34,8% artaraq 1,3 mlrd kVt/saat, ixracı isə 51,2% azalaraq 511,14 mln kVt/saat olub. Mütəxəssislərin proqnozlarına görə, artan tələbat səbəbindən 2030-cu ilə qədər Gürcüstanın elektrik enerjisi istehlakı 22 mlrd kVt/saata çata və ölkə enerji qıtlığı riski ilə üzləşə bilər. Bu səbəbdən rəsmi Tbilisi, o cümlədən Azərbaycanla enerji əməkdaşlığını strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirir.
Kateqoriyalar