N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Azərbaycan Ukraynaya qaz tədarükünə başlaya bilər

22-dekabr-2025
Türkan Nəbi
Azərbaycan Ukraynaya qaz tədarükünə başlaya bilər
Yazı Ölçüsü:

Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın milli enerji tənzimləyici qurumları 2-ci və 3-cü yeni qaz marşrutlarını təsdiqləyiblər.

"PostMedia" xəbər verir ki, bu qərar regionlararası əlaqələrin gücləndirilməsinə və enerji təchizatının təhlükəsizliyinin artırılmasına xidmət edir.

ICGB-nin (Yunanıstan–Bolqarıstan qaz interkonnektorunun operatoru) iştirakı ilə hazırlanmış marşrutlar qaz tədarükünün həyata keçirilməsinə imkan yaradır. Xüsusilə Transadriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliyaya daşınması bu mexanizmin əsas hissəsini təşkil edir.

Məlumata görə, dekabrın 22-dən etibarən yeni marşrutlar Regional Rezervasiya Platformasında (RBP) istifadəyə veriləcək. ICGB bu marşrutlardan istifadənin təşviqi məqsədilə standart aylıq tarifinə 46 %-lik endirim tətbiq edəcək.

ICGB-nin icraçı direktorları Georgi Satlas və Teodora Georgiyevanın sözlərinə görə, bu addım şaquli qaz dəhlizi boyunca yerləşən ölkələrin operatorları və Avropa Komissiyası ilə sıx əməkdaşlıq nəticəsində mümkün olub.

“Bu, koordinasiyalı idarəetmə və texniki işlərin nəticəsidir. ICGB yeni məhsulların hazırlanması və tətbiqində aparıcı rol oynayıb. Məqsəd region üçün çevik, etibarlı və şaxələndirilmiş qaz təchizatını təmin etmək və xüsusilə Ukraynaya kritik bir dövrdə dəstək göstərməkdir”, – deyə onlar bildiriblər.

Kateqoriyalar