6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Gürcüstan Azərbaycan neftinin Ermənistana daşınmasını pulsuz təmin edəcək

18-dekabr-2025
Gürcüstan Azərbaycan neftinin Ermənistana daşınmasını pulsuz təmin edəcək
Yazı Ölçüsü:
"Gürcüstan Dəmir Yolları" Azərbaycandan Ermənistana neft tranzitini birdəfəlik və ödənişsiz əsaslarla həyata keçirəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin sərəncamında qeyd olunub.
Sərəncama əsasən, pulsuz daşınma qərarı 2600 ton dizel yanacağına şamil edilir.
Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana dəmir yolu vasitəsilə daşınması ilə bağlı sorğunu dekabrın 5-də qəbul edib.
Hazırda Ermənistan və Azərbaycan arasında birbaşa birləşdirici dəmir yolu xətti fəaliyyət göstərmədiyindən, iki ölkə arasında yüklərin daşınması Gürcüstan dəmir yolları vasitəsilə həyata keçirilir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031