Gürcüstanda 30 ilin ən yüksək üzüm istehsalı qeydə alınıb
03-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Gürcü fermerləri bu il 336 min tonadək üzüm emal ediblər ki, bu da son 30 ilin ən yüksək məhsul göstəricisidir, "PostMedia" xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu il şərabçılıq bölgələrində 336 min tonadək üzüm emal edilib. Bu, son 30 ilin rekord göstəricisidir. Təxminən 22 min fermer üzümünü toplayıb. Fermerlərin ümumi gəliri 475 milyon lari (təxminən 175 milyon ABŞ dolları) təşkil edib. Üzümün qəbuluna və emalına 500-dən çox şərab zavodu cəlb olunub”, — deyə nazirliyin açıqlamasında bildirilir.
Keçən il Gürcüstanda 320 min ton üzüm emal olunmuşdu. Məhsul yığımı demək olar ki, tamamlanıb, yalnız Leçxumi dağlıq bölgəsində yığım yaxın günlərdə başlayacaq, qeyd olunub.
Emal edilmiş üzümün böyük hissəsini yəni 327 min tonunu Kaxeti bölgəsi istehsal edib ki, bu da rekord göstəricidir. Kaheti bölgəsində üzüm satışından əldə olunan gəlir 432 milyon lari (təxminən 160 milyon ABŞ dolları) təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Raça bölgəsində də rekord məhsul yığımı qeydə alınıb. Bu il orada 3 min tonadək müxtəlif növ üzüm yığılıb ki, əsas hissəsi Aleksandruli və Mujuretuli sortlarına aiddir. 1 400-dən çox üzümçü üzümünü təqdim edərək 23,5 milyon lari (təxminən 8,6 milyon ABŞ dolları) gəlir əldə edib.