N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Aqro

FAO və Türkiyə Azərbaycanda kənd təsərrüfatı layihələrinin izləmə qabiliyyətini gücləndirəcək

20-oktyabr-2025
Türkan Nəbi
FAO və Türkiyə Azərbaycanda kənd təsərrüfatı layihələrinin izləmə qabiliyyətini gücləndirəcək
Yazı Ölçüsü:

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Türkiyə Əməkdaşlıq Proqramları (FTPP) çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistanda kənd təsərrüfatı və qida sahəsində nəticəyə yönəlmiş izləmə qabiliyyətini artırmaq üçün yeni layihəyə start verilib.

PostMedia” xəbər verir ki, “Qida və Kənd Təsərrüfatı Sektorunda Siyasətqurma zamanı Beynəlxalq Maliyyələşdirilən Layihələrin Nəticəyə Yönəlmiş İzləmə Qabiliyyətinin Gücləndirilməsi” adlı layihə 2026-cı ilin sentyabrına qədər davam edəcək.

Layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı layihələrinin izlənməsi və qiymətləndirilməsi üçün təlimlər keçiriləcək, yeni alətlər hazırlanacaq və ölkələr arasında məlumat mübadiləsi asanlaşdırılacaq.

FAO-nun Türkiyə üzrə nümayəndəliyinin müavini Ayşegül Selışık layihənin açlığa son qoymaq məqsədinə real töhfə verə biləcəyini vurğulayıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Ferhat Çolak layihənin Azərbaycanda ortaq qabiliyyət inkişaf platforması rolunu oynayacağını bildirib.

O qeyd edib ki, layihə nəticəyə yönəlmiş izləmə mexanizmlərinin yaradılması ilə resursların səmərəli istifadəsini, şəffaflıq və hesabatlılığı gücləndirəcək.

Layihə sayəsində Azərbaycanda gələcək kənd təsərrüfatı layihələri üçün daha dəlillərə əsaslanan qərarlar qəbul etmək mümkün olacaq.

Kateqoriyalar