İsveçrə, Fransa və digər ölkələrin fermer etirazlarına baxmayaraq, AB-Merkosur ticarət sazişi təsdiqlənib
09-yanvar-2026
Amin Şükür
Yazı Ölçüsü:
Avropa İttifaqının üzv ölkələri Cənubi Amerika İqtisadi Bloku (Merkosur) ilə azad ticarət sazişini imzalamağa səs veriblər.
"PostMedia" xəbər verir ki, ABŞ-dəki Kipr nümayəndəsi mediaya bu sazişin Avropada fermerlərin etirazlarına səbəb olduğunu bildirib.
Merkosur-a Argentina, Braziliya, Uruqvay, Paraqvay və Boliviya daxildir. Blok təxminən 300 milyon insanı və regionun ümumi ÜDM-nin 75%-dən çoxunu əhatə edir.
AB Komissiyasının sədri Ursula fon der Lyayen əvvəlcə gələcək yeddi illik AB büdcəsindən kənd təsərrüfatını dəstəkləmək üçün vəsait ayrılacağını açıqlayıb, lakin bu vədlər etiraz edən fermerlərin mövqeyinə təsir göstərməyib. Tənqidçilər həmçinin bildirirlər ki, bu yanaşma 2029–2034-cü illər dövründə AB Komissiyasının maliyyə imkanlarını məhdudlaşdıra bilər.
Qeyd edək ki, səsvermə yazılı prosedur əsasında həyata keçirilib.