N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Messi: “Əla komandamız var və dünya çempionu titulunu yenidən qazanmağa çalışacağıq”

04-dekabr-2025
Turan Hüseynli
Messi: “Əla komandamız var və dünya çempionu titulunu yenidən qazanmağa çalışacağıq”
Yazı Ölçüsü:
Argentina millisinin kapitanı və “İnter Mayami”nin 38 yaşlı hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında komandasının yenidən çempion ola biləcəyinə ümid etdiyini bildirib.
"PostMedia" xəbər verir ki, futbolçu ESPN-ə müsahibəsində gələn mundialla bağlı fikirlərini bölüşüb.
Messinin sözlərinə görə, Argentina güclü heyətə malikdir, lakin Dünya Kubokunu qazanmaq üçün hər detal önəm daşıyır:
“Əla komandamız var və titulu bir daha qazanmağa çalışacağıq, amma ən xırda detal belə nəticəyə təsir edə bilər.
Hər bir rəqib problem yarada bilər, bəzən dirəyə dəyən top və ya penaltilər taleyi dəyişir.”
Ulduz futbolçu xatırladıb ki, 2022 mundialında həm Niderland, həm də Fransa ilə çətin oyunlar oldu və hər iki qarşılaşmada qalibi penaltilər müəyyənləşdirdi:
“Emiliano Martines bizə kömək etdi və qələbəni gətirdi. Dünya çempionu olmaq çox çətindir. O qələbə çiyinlərimizdəki böyük yükü götürdü və indi o təzyiqsiz oynamaq daha asandır.”
Messi bildirib ki, heç bir şeyə zəmanət yoxdur, çünki bütün komandalar dünya çempionunu məğlub etmək istəyir. Onun fikrincə, titula iddialı güclü yığmalar çoxdur:
“İspaniya, Fransa, İngiltərə, Braziliya, Almaniya - bunların hamısı uzun müddətdir çempion olmurlar və bu uğuru geri qaytarmaq istəyirlər.”
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyun–iyul aylarında keçiriləcək.
Kateqoriyalar