6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

İspaniya çempionatında azar keşlər Vinisius Junioru təhqir edib

02-dekabr-2025
İspaniya çempionatında azar keşlər Vinisius Junioru təhqir edib
Yazı Ölçüsü:

İspaniya La Liqasının 14-cü turunda keçirilən “Jirona” – “Real Madrid” oyununda madridlilərin braziliyalı hücumçusu Vinisius Junior yerli azarkeşlərin səs-küyünə və təhqiramiz ifadələrinə məruz qalıb.

"PostMedia" "Marca"ya istinadən xəbər verir ki, rəqib komandanın fanatları onun hər toxunuşunu fitə basıb və alçaldıcı ifadələrlə müşayiət ediblər.

Vinisius isə katalon azarkeşlərə “Yeriniz Sequndadadır” sözləri ilə cavab verib.

 Futbolçunun bu reaksiyasına görə La Liqa tərəfindən cəzalandırılması gözlənilmir, baxmayaraq ki, qaydalar oyunçulardan azarkeşlərə hörmət göstərməyi tələb edir.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031