6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Lamin Yamal: “Messi tarixin ən yaxşısıdır, amma mən öz yolumla getmək istəyirəm”

01-dekabr-2025
Lamin Yamal: “Messi tarixin ən yaxşısıdır, amma mən öz yolumla getmək istəyirəm”
Yazı Ölçüsü:

İspaniya çempionu “Barselona”nın və Avropa çempionu İspaniya millisinin 18 yaşlı cinah hücumçusu Lamin Yamal özünün dünya çempionu, Argentina millisinin 38 yaşlı ulduzu Lionel Messi ilə tez-tez müqayisə olunmasına münasibət bildirib.

"PostMedia" bu barədə CBS nəşrinə istinadən xəbər verir.

“Messiyə həmişə hörmət edəcəyəm. O, tarixin ən yaxşı futbolçusudur, amma mən öz yolumla getmək istəyirəm. Messi bilir ki, mən onu təqlid etmək istəmirəm”.

Qeyd olunur ki, Lamin Yamalın uşaqlıqdan olan idolu “Barselona”nın sabiq futbolçusu, “Santos”un və Braziliya millisinin hücumçusu Neymar olub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031