6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Real Madrid”in qapıçısı yenidən komandaya qoşulub

28-noyabr-2025
“Real Madrid”in qapıçısı yenidən komandaya qoşulub
Yazı Ölçüsü:

“Real Madrid” klubunun əsas qapıçısı Tibo Kurtua sağalaraq ümumi məşqlərə qoşulub.

PostMedia” “Marca” nəşrinə istinadən xəbər verir ki, o, bağırsaq infeksiyası səbəbindən Çempionlar Liqasının V turununda Yunanıstanın “Olimpiakos” komandası ilə oyunu buraxmışdı.

33 yaşlı belçikalı məşqçi Xabi Alonso rəhbərlik etdiyi komandanın ümumi qrupuna qatılıb və La Liqada “Jirona” ilə keçiriləcək növbəti görüşdə iştirak etməyə hazır olacaq.

Ümumim məşqlərdə həmçinin Eduard Kamavinqa, Antonio Rüdiger və Franko Mastantuono da iştirak edib. Onlar əvvəlki zədələrindən sağalmışdırlar.

David Alaba, Din Hoyzen və Dani Karvaxal isə fərdi məşq proqramı ilə məşqlərə davam edirlər.

İspaniya çempionatının 14-cü turunda “Jirona” – “Real” görüşü noyabrın 30-na təyin olunub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031