İtaliyanın “Milan” klubu İspaniya çempionu “Barselona”nın və Polşa millisinin 37 yaşlı hücumçusu Robert Levandovskini transfer etmək istəyir.
"PostMedia" xəbər verir ki, bu barədə "Sport.es" məlumat verir.
Milan klubu yanvar ayında Levandovski ilə danışıqlara başlayaraq onu gələn yay pulsuz olaraq heyətinə qatmağı planlaşdırır. Futbolçunun katalon klubuyla müqaviləsi iyun ayında başa çatır. “Barselona” əməkdaşlığı uzatmaq niyyətində deyil.
Cari mövsümdə Levandovski 12 oyunda iştirak edib və 7 qol vurub.
"Transfermarkt" onun transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
