Fransanın çempionu, kubok, superkubok və Çempionlar Liqasının qalibi olan Paris-Sen_jermen (PSJ) Madrid “Atletiko”sunun və dünya çempionu Argentina millisinin 25 yaşlı hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir.
"PostMedia" "Sky Sport"a istinadən xəbər verir ki, futbolçu ispan baş məşqçi Luis Enrikenin rəhbərliyi altında Paris klubunda çıxış etməyə qarşı deyil.
“Atletiko” Xulian Alvaresin transferini müzakirə etməyə hazırdır, lakin bunun üçün klub azı 120 milyon avroluq təklif gözləyir.
İspaniya La Liqasının cari mövsümündə Xulian Alvares 12 oyunda iştirak edib, 7 qol vurub və 2 qol ötürməsi edib.