N/A°C Bakı
1$ = 1.70₼
Futbol

Türkiyədə 102 futbolçu mərc qalmaqalı səbəbilə diskvalifikasiya edildi

13-noyabr-2025
Türkan Nəbi
Türkiyədə 102 futbolçu mərc qalmaqalı səbəbilə diskvalifikasiya edildi
Yazı Ölçüsü:
Türkiyə Futbol Federasiyası (TFF) ölkənin Super Liqa və Birinci Liqasında çıxış edən 102 futbolçunu oyunlara mərc qoyduqları iddiası ilə 45 gündən 1 ilədək müddətə yarışlardan uzaqlaşdırıb.
"PostMedia" xəbər verir ki, diskvalifikasiya olunanlar arasında “Qalatasaray”ın və Türkiyə millisinin müdafiəçisi Eren Elmali (1,5 ay) və həmçinin onun komanda yoldaşı Metehan Baltacı (9 ay) da var.
Ümumilikdə, 25 Super Liqa və 77 Birinci Liqa oyunçusu cəzalandırılıb.
TFF-nin 10 noyabr tarixli açıqlamasında bildirilib ki, ümumilikdə 1024 futbolçu müxtəlif liqalarda müvəqqəti olaraq uzaqlaşdırılıb, onların çoxu isə üçüncü və dördüncü divizionlardan olub. Həmin liqalarda yarışlar iki həftəlik dayandırılıb.
Federasiya həmçinin FIFA-dan əlavə transfer pəncərəsi açılması barədə sorğu göndərib ki, klublar itkilərini kompensasiya edə bilsinlər.
Qeyd edək ki, noyabrın əvvəlində TFF 149 hakimi də mərc fəaliyyətinə görə vəzifədən uzaqlaşdırmışdı.
Kateqoriyalar