6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Lamin Yamal Gürcüstan və Türkiyəyə qarşı oynamayacaq

11-noyabr-2025
Lamin Yamal Gürcüstan və Türkiyəyə qarşı oynamayacaq
Yazı Ölçüsü:

İspaniya çempionu “Barselona”nın və Avropa çempionu İspaniya millisinin 18 yaşlı hücumçusu Lamin Yamal zədə səbəbindən milli komandanın qarşıdakı iki oyununu buraxacaq.

"PostMedia" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Türkiyə ilə keçiriləcək son turlarda meydana çıxmayacaq.

Futbolçu qasıq nahiyəsindəki problemə görə “Barselona”da müalicə alıb, lakin bu barədə milli komandanın həkimlərinə məlumat verməyib. Klubun tibbi heyətinin sözlərinə görə, Yamalın tam bərpası üçün 7–10 gün istirahətə ehtiyacı var.

Qeyd edək ki, ötən ay İspaniya mətbuatı Yamalda qasıq iltihabı olduğunu yazmış, lakin futbolçu həmin xəbərləri təkzib etmişdi.

İspaniya millisi noyabrın 15-də Gürcüstan, noyabrın 18-də isə Türkiyə ilə qarşılaşacaq.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031