Portuqaliya yığmasının kapitanı, Səudiyyə Ərəbistanının “Al Nasr” klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo 2026-cı il Dünya Çempionatında çıxış edəcək və bu, onun futbol karyerasında son mundial olacaq.
"PostMedia" "AS" nəşrinə istinadən xəbər verir ki, bu barədə fotbolçu özü məlumat verib.
“Bəli, doğrudur, gələn ilki dünya çempionatı karyeramda sonuncu olacaq. Mən sadəcə bu anı yaşayıram, hər saniyəsindən zövq alıram,” – deyə Ronaldo Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda bildirib.
2026-cı il Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək.