Litva və İsrail milli futbol komandaları arasında yoldaşlıq oyunu noyabrın 13-də Kaunasda boş tribunalar qarşısında baş tutacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankyaviçyus jurnalistlərə məlumat verib.
“Təhlükəsizlik şirkətləri, azarkeşlər və bələdiyyə nümayəndələri ilə görüşlərdən sonra azarkeşsiz oyun keçirmək qərarına gəldik”, — deyə o bildirib.
Tribunalarda yalnız rəsmi nümayəndə heyətləri yer ala biləcək. Oyundan əvvəl və sonra təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Federasiya prezidentinin sözlərinə görə, komandalar arasında oyunun keçirilməsi barədə danışıqlar aparılarkən geopolitik vəziyyət fərqli idi və heç kimin belə problemlərin yarana biləcəyini gözləmirdi. “Biz bilirik ki, oyunun günü piket keçirilməsinə icazə verilib. Bayraqlar və plakatlarla bağlı insidentlər ola bilər. Federasiyanın pis nüfuzu lazım deyil”, — deyə Stankyaviçyus vurğulayıb.