Noyabrın 4-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ilk oyun günü başa çatıb.
“PostMedia” xəbər verir ki, İngiltərə çempionu “Liverpul” doğma meydanda İspaniya vitse-çempionu “Real Madrid”i 1:0 hesabı ilə məğlub edib.
Almaniya çempionu “Bavariya” isə Parisdə Fransa çempionu və hazırkı titul sahibi “PSJ” üzərində 2:1 hesablı qələbə qazanıb.
Çempionlar Liqasının 4-cü turu çərçivəsində ötən gün keçirilmiş oyunların nəticələri:
“Slaviya Praqa” – “Arsenal” 0:3
(Qollar: Bukayo Saka, 32 (11 metrlik cərimə zərbəsi), Mikel Merino, 46, 68)
“Napoli” – “Aintrax Frankfurt” 0:0
“Liverpul” –Real Madrid” 1:0
(Qol: Aleksis Mak Alister, 61)
“PSJ” – “Bavariya” 1:2
(Qollar: Joau Neveş, 74 — Luis Dias, 4, 32)
(Qırmızı vərəqə: Luis Dias (“Bavariya”), 45+7)
“Atletiko Madrid” – “Royal Union” 3:1
(Qollar: Xulian Alvares, 39, Konor Qallager, 73, Markos Llorente, 90+6 — Ross Sayks, 80)
“Bodo Qlimt” – “Monako” 0:1
(Qol: Folarin Balogun, 43)
(Qırmızı vərəqə: Yosteyn Qunderssen (“Büdyo-Qlimt”), 81)
“Yuventus “– “Sporting” 1:1
(Qollar: Duşan Vlahoviç, 34 — Maksimiliano Vilçes, 12)
“Tottenhem” – “Kopenhagen” 4:0
(Qollar: Brennan Conson, 19, Uilson Odober, 51, Miki van de Ven, 64, Joau Palinya, 67)
(Qırmızı vərəqə: Brennan Conson (“Tottenhem”), 57)
(Sərf edilməmiş penalti: Riçarlinson (“Tottenhem”), 90+2)
“Olimpiakos” – “PSV Eyndhoven” 1:1
(Qollar: Jelsun Martins, 17 — Rikardo Pepi, 90+3)