N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

PSJ-nin hücumçusu Avropanın ən yaxşı gənc futbolçusu seçilib

04-noyabr-2025
Turan Hüseynli
PSJ-nin hücumçusu Avropanın ən yaxşı gənc futbolçusu seçilib
Yazı Ölçüsü:
“Paris Sen-Jermen” və Fransa millisinin hücumçusu Dezire Duye (Désiré Doué) "Golden Boy" mükafatına layiq görülüb.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı bu mükafatı təsis edən İtaliyanın "Tuttosport" nəşri sosial şəbəkə hesabında yayıb.
Mükafat hər il 21 yaşınadək Avropada çıxış edən ən yaxşı gənc futbolçuya təqdim olunur.
20 yaşlı Duye ötən mövsüm PSJ ilə Fransa çempionluğu, Kubok, Superkubok və Çempionlar Liqasını qazanıb. O, Çempionlar Liqasının “İnter”ə qarşı finalında iki qol vurub və bir məhsuldar ötürmə edib.
Bu il futbolçu Fransa millisində debüt edib və artıq 4 oyun keçirib.
Qeyd edək ki, ötən il bu mükafat “Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamala verilmişdi.
"Golden Boy" mükafatı 2003-cü ildən etibarən təqdim olunur. Müxtəlif illərdə bu titula Lionel Messi, Sercio Aqüero, Rahim Sterling, Ueyn Runi, Sesk Fabregas, İsko, Mario Balotelli, Mario Götze, Pol Pogba, Kilian Mbappe, Erlinq Haaland, Cud Bellingem, Qavi və Pedri layiq görülüblər.
Kateqoriyalar