İtaliya çempionatının 10-cu turunda “Milan” doğma meydanda “Roma”nı minimal hesabla məğlub edib.
“PostMedia” xəbər verir ki, oyunun yeganə qolunun müəllifi serb müdafiəçi Straxinya Pavloviç olub. O, 39-cu dəqiqədə fərqlənib.
82-ci dəqiqədə “Roma” penalti qazanıb, lakin argentinalı hücumçu Paulo Dibala 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib — “Milan”ın fransalı qapıçısı Mike Menyan zərbəni qapıdan çıxarıb.
Bu qələbədən sonra “Milan” 21 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Roma” da eyni xala malik olsa da, əlavə göstəricilərə görə 4-cü yerdədir. 21 xal toplayan “İnter” isə hazırda 2-ci pillədədir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
