6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Arda Güler “ayının ən yaxşı futbolçusu” seçilib

30-oktyabr-2025
Arda Güler “ayının ən yaxşı futbolçusu” seçilib
Yazı Ölçüsü:

İspaniyanın “Real Madrid” klubunda çıxış edən Türkiyə millisinin üzvü Arda Güler oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

"PostMedia" xəbər verir ki, bu barədə məlumatı Madrid klubu rəsmi saytında yayıb.

Gənc yarımmüdafiəçi son həftələrdə nümayiş etdirdiyi yüksək performansla həm azarkeşlərin, həm də klub rəhbərliyinin rəğbətini qazanıb. “Real Madrid” azarkeşləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, Arda Güler ayın oyunçusu adına layiq görülüb.

Bu mövsüm La Liqada 10 oyuna çıxan 20 yaşlı futbolçu 3 qol vurub və 4 qolun ötürməsini verib. Onun çıxışı xüsusilə komandanın son oyunlarında həlledici olub.

Mətbuat Ardanın bu nailiyyətini “gənc istedadın Madrid ulduzları arasında parlaması” kimi dəyərləndirib. Klub rəhbərliyi isə onun gələcəkdə “Real Madrid”in əsas oyunçularından birinə çevriləcəyinə inandıqlarını bildirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031