Luis Figo: “Real Madrid” “Barcelona” üzərində qalib gələcək”
23-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Portuqaliyanın futbol əfsanəsi, “Sporting”, “Barcelona”, “Real Madrid”, “Inter” və Portuqaliya millisinin sabiq oyunçusu Luis Figo La Liqanın 10-cu turunda keçiriləcək “El Klasiko” qarşılaşması ilə bağlı proqnoz verib.
"PostMedia" xəbər verir ki, Figo “Marca”ya açıqlamasında Madrid klubunun üstün olacağını bildirib:
“Düşünürəm ki, “Real Madrid” 3:1 hesabı ilə qalib gələcək. Onlar öz meydanlarında oynayacaqlar və bu, həmişə böyük üstünlükdür. Matç gözəl və bol qollu olacaq”.
Əfsanəvi futbolçuya görə, “El Klasiko”da heç vaxt qəti favorit olmur:
“Bu xüsusi oyun tipidir. Komandaların hansı formadada olması fərq etmir.”
“Real Madrid” – “Barcelona” qarşılaşması 26 oktyabr, Bakı vaxtı ilə 19:15-də start götürəcək.