UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik Bilbao" -“Qarabağ” oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
——————————-
"Atletik Bilbao"nun hücumçusu Qorka Quruzeta 88-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi 2-yə çatdırıb.
——————————-
Oyunun 70-ci dəqiqəsində "Atletik Bilbao"nun hücumçusu Robert Navarronun vurduğu qolla hesab ev sahibkərinin xeyrinə 2:0 olub.
——————————
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində İspaniyanın "Atletik Bilbao" klubu evdə "Qarabağ"ı qəbul edir.
“PostMedia” xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən oyunun birinci yarısı 1:1 hesabı ilə yekunlaşıb.
Xorvatiyadan olan hakim İqor Payatsın idarə etdiyi oyunun ilk dəqiqəsində hesabı Leandro Andrare açıb.
Qarşılaşmanın 40-cı dəqiqəsində isə "Atletik Bilbao"nun hücumçusu Qorka Quruzeta hesabı bərabərləşdirib.
Beləliklə oyunun 1-ci hissəsi hem-heçə yekunlaşıb.