Çempionlar Liqasının 3-cü turunda İspaniya çempionu "Barselona" Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib.
"PostMedia" xəbər verir ki, Almaniyadan olan Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 6:1 hesabı ilə qalib gəlib.
Oyunda ispaniyalı yarımmüdafiəçi Fermin Lopez Martin het-trik edib. İngiltərəli hücumçu Markus Reşford dubl edib. İspaniyalı vinger Lamine Yamal da fərqlənib.
Beləliklə oyunda Fermin Lopez Martin 7, 39 və 76-cı dəqiqələrdə, Lamine Yamal 68-ci dəqiqədə cərimə zırbısini dıqiq yerinə yetimrəklə, Marcus Rashford 74 və 79-cu dəqiqələrdə, Əyub əl-Kabi isə 54-cü dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə fərqlənib.
"Olimpiakos"un oyunçusu Santyaqo Esse isə 57-ci dəqiqədə aldığı ikinci sarı vərəqə ilə meydanı tərk etməyə məcbur olub.