Turinin "Yuventus" klubu müdafiəçi Daniele Ruqani ilə yeni müqavilə imzalayıb. "PostMedia" Klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə anlaşma 2028-ci ilin iyununa qədər uzadılıb.
Rugani 2012-ci ildən "Yuventus" sistemində çıxış edir və bu müddət ərzində komanda ilə 152 oyuna çıxıb, 11 qol vurub və 1 asist edib. O, həmçinin karyerası ərzində "Empoli", "Rennes", "Cagliari" və "Ajax" klublarında icarə əsasında çıxış edib.
Məşhur futbol platforması Transfermarkt Ruganinin hazırkı bazar dəyərini 2 milyon avro olaraq qiymətləndirir. Müdafiəçinin komandada qalması "Yuventus"un müdafiə xəttində sabitlik yaratmaq məqsədi daşıyır.