54Cəmi 54 min nəfərlik əhalisi ilə futbol dünyasında kiçik ölkə hesab olunan Farer Adaları, Dünya Çempionatı seçmə mərhələsində möhtəşəm çıxışı ilə diqqət mərkəzinə düşüb.
”PostMedia” zəbər verir ki, komanda öz meydanında Çexiyanı 2-1 hesabı ilə məğlub edərək böyük sürprizə imza atıb.
Bu qələbə ilə Farer Adaları L qrupunda xalını 12-yə yüksəldib və “play-off” mərhələsi üçün imkanlarını artırıb. Üstəlik, ardıcıl iki tarixi qələbə qazanmaqla futbol ictimaiyyətində sensasiya yaradıb.
Çexiya millisində Vaklav Cerni 87 dəqiqə meydanda olub, David Jurasek isə oyuna daxil edilməyib. Hazırda Farer Adaları 12 xalla qrupda ikinci yerdədir və son turda güclü rəqib olan Xorvatiya ilə qarşılaşacaq.
Eyni sayda – 7 oyun keçirən Çexiya 13 xalda qazanıb, Xorvatiya isə cəmi 5 oyunda topladığı 13 xalla zirvədə yer alır.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan və Farer adaları milli yığmaları arasında keçirilən görüşü 2:0 hesabı ilə millimiz qalib olub.