N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

FIFA milli komandaların oyun təqvimində yeni formatı təsdiqlədi

08-oktyabr-2025
Turan Hüseynli
FIFA milli komandaların oyun təqvimində yeni formatı təsdiqlədi
Yazı Ölçüsü:

FIFA rəsmi olaraq milli komandaların oyun təqviminə dəyişikliklər edib və sentyabr və oktyabr aylarında keçirilən beynəlxalq fasilələri birləşdirib.

PostMedia” xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb.

Yeni qərara əsasən, əvvəllər iki ayrı dövrə bölünən payız beynəlxalq fasiləsi növbəti ildən etibarən vahid bir pəncərə kimi keçiriləcək. Belə ki, 2026-cı ildə bu fasilə 21 sentyabrdan 6 oktyabra qədər davam edəcək. Həmin müddət ərzində milli komandalar dörd oyun keçirmək imkanı qazanacaqlar.

Bundan əlavə, noyabr ayı üçün nəzərdə tutulan beynəlxalq fasilə 9–17 noyabr 2026-cı il tarixləri arasında olacaq və bu dövrdə komandalar iki matç oynayacaqlar. Yeni təqvim formatı ən azı 2030-cu ilə qədər qüvvədə qalacaq.

Kateqoriyalar