N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

İtaliya futbolunun ölkə iqtisadiyyatındakı çəkisi açıqlanıb

07-oktyabr-2025
Turan Hüseynli
İtaliya futbolunun ölkə iqtisadiyyatındakı çəkisi açıqlanıb
Yazı Ölçüsü:
İtaliyada futbol sənayesi ölkə iqtisadiyyatındakı çəkisi məlum olub.
"PostMedia" "ReportCalcio" hesabatına istinadən xəbər verir ki, bu ölkədə futbol hər il 12,4 milyard avro gəlir formalaşdırır ki, bu da ağır sənaye sektorunun səviyyəsinə bərabərdir.
İtaliya futbol sektoru hazırda 141 min nəfərə iş yeri təmin edir və həm sosial, həm də iqtisadi baxımdan ölkənin ən iri sənaye sahələrindən biri hesab olunur.
2006–2022-ci illər arasında dövlət büdcəsinə futbol sahəsindən 19,8 milyard avro vergi ödənilib. Təkcə 2022-ci ildə bu məbləğ 1,5 milyard avro təşkil edib.
Bundan əlavə, 2023–2024 mövsümündə İtaliyada futbol azarkeşlərinin oyuna bilet, televiziya yayımı və klub məhsullarına xərclədiyi məbləğ 1,3 milyard avroya çatıb.
Bu göstəricilər futbolun İtaliya iqtisadiyyatında güclü stimullaşdırıcı rol oynadığını, həm də mədəni və sosial dəyər daşıyan bir sənaye sahəsinə çevrildiyini sübut edir.
Kateqoriyalar