N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Çelsi"nin kapitanı zədələnib

06-oktyabr-2025
Turan Hüseynli
"Çelsi"nin kapitanı zədələnib
Yazı Ölçüsü:

Londonun “Çelsi” klubunun kapitanı Ris Ceyms zədələndiyi üçün oktyabrda keçiriləcək qarşıdakı oyunlarda İngiltərə millisinin heyətində iştirak etməyəcək.

"PostMedia" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib: “Niko O’Rayli ilk dəfə İngiltərə yığmasına qoşulub, Ris Ceyms isə zədəsinə görə qarşıdakı oyunlarda iştirak etməyəcək”.

Oktyabrın 9-da İngiltərə millisi Londonun “Uembli” stadionunda Uels yığması ilə yoldaşlıq görüşü keçirəcək, oktyabrın 14-də isə DÇ-2026-nın seçmə mərhələsində Latviya millisinin qonağı olacaq.

Mövsüm ərzində 25 yaşlı Ceyms “Çelsi”nin heyətində 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Onların qarşılaşması noyabrın 5-i Bakıda olacaq.

Kateqoriyalar