N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Səudiyyə Ərəbistanı klubu Harri Keynə 100 milyon avroluq illik maaş təklif edib

06-oktyabr-2025
Turan Hüseynli
Səudiyyə Ərəbistanı klubu Harri Keynə 100 milyon avroluq illik maaş təklif edib
Yazı Ölçüsü:
Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu İngiltərə millisinin və Almaniya çempionu “Bavariya”nın hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
"PostMedia" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub 32 yaşlı futbolçuya üç illik müqavilə və ümumilikdə 300 milyon avro məbləğində maaş təklif edib.
Bu, ildə təxminən 100 milyon avro gəlir deməkdir.
Keyn 2023-cü ildə Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etmişdi, lakin iddialara görə, gələn ilin yayında bu qərarını dəyişə bilər.
İngilis hücumçu 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib və Münhen təmsilçisinin heyətində 106 oyuna çıxaraq 103 qol vurub, 29 qol ötürməsi edib.
Onun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.
"Transfermarkt" portalı Harri Keynin transfer dəyərini hazırda 75 milyon avro olaraq qiymətləndirir.
Kateqoriyalar