İspaniyanın çempionu “Barselona”nın və Avropa çempionu İspaniya yığmasının 18 yaşlı qanad hücumçusu Lamin Yamal Çempionlar Liqasının ikinci turunda Fransanın çempionu, kubok və superkubok sahibi, Çempionlar Liqası qalibi PSJ-yə qarşı oynayaraq turnirdə rekord qırıb.
"PostMedia" xəbər verir ki, Lamin Yamal tarixdə 19 yaşına çatmadan Çempionlar Liqasında 24 matç keçirən yeganə oyunçudur.
“Barselona” PSJ-yə 1:2 hesabı ilə uduzub.
Əvvəlki rekord PSJ-in fransalı yarımmüdafiəçisi Uorren Zair-Emeryyə məxsus idi; o, 19 yaşına çatmadan Çempionlar Liqasında 23 matç keçirmişdi.
Çempionlar Liqasındakı 24 oyunda Lamin Yamal 5 qol vurub və 6 məhsuldar ötürmə edib.