6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Zidanın oğlu ilk dəfə Əlcəzair yığmasına dəvət alıb

02-oktyabr-2025
Zidanın oğlu ilk dəfə Əlcəzair yığmasına dəvət alıb
Yazı Ölçüsü:

İspaniyanın "Qranada" klubunun qapıçısı Luka Zidan ilk dəfə Əlcəzair yığmasına dəvət alıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

O, oktyabrda keçiriləcək dünya çempionatının seçmə oyunlarında iştirak edəcək.

Fransa millisinin əfsanəvi futbolçusu Zinəddin Zidanın oğlu sentyabr ayında idman vətəndaşlığını dəyişib.

Luka Zidan Fransa "U-162" və "U-20" yığmalarının heyətində çıxış edib.

İspaniya Sequndasının cari mövsümündə Luka Zidan 6 oyunda meydana çıxıb və 11 qol buraxıb.

Əlcəzair yığması qarşıdakı oyunlarda Somalinin (9 oktyabr) və Uqandanın (14 oktyabr) komandaları ilə qarşılaşacaq. Bir qələbə Əlcəzairə dünya çempionatının final mərhələsinə vəsiqə qazandıracaq.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031