N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Qarabağ”ın rəqibləri müəyyən olunub

28-avqust-2025
Turan Hüseynli
“Qarabağ”ın rəqibləri müəyyən olunub
Yazı Ölçüsü:

Azərbaycan çempionu Ağdamın “Qarabağ klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində bütün rəqibləri müəyyən olunub.

PostMedia” xəbər verir ki, bu hazırda yayımlanan püşkatma mərasimində müəyyən edilib.

"Köhlən atlar" səfərdə İngiltərənin "Liverpul", Portuqaliyanın "Benfika", İtaliyanın "Napoli" və İspaniyanın "Atletik" klubları, doğma Bakımızda isə İngiltərənin "Çelsi", Almaniyanın "Ayntraxt", Niderlandın "Ayaks", və Danimarkanın "Kopenhagen" komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tuun görüşləri 2026-cı il yanvarın 28-nə nəzərdə tutulub.

"Play-off" mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.


Kateqoriyalar