N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində

27-avqust-2025
Turan Hüseynli
“Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində
Yazı Ölçüsü:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u(Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

PostMedia” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahibi komandanın qollarını 25-ci dəqiqədə Leandro Andrade və 45-ci dəqiqədə Abdullah Zubir vurublar.

Qonaqların heyətində isə 14-cü dəqiqədə Lenni Jozef, 55-ci diqiqədə 11 metrlik cərimə zərbəsini yerinə yetirən Barnabas Varqa və 82-ci dəqiqədə isə Aleks Tot diqqət mərkəzinə düşüblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə, 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

Kateqoriyalar