N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Qarabağ"ın oyunu ilə bağlı Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

11-avqust-2025
Turan Hüseynli
"Qarabağ"ın oyunu ilə bağlı Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Yazı Ölçüsü:

“Bakı Metropoliteni” QSC “Qarabağ” FK və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar avqustun 12-də iş rejimində dəyişiklik edəcək.

Bu barədə “PostMedia”ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Bundan əlavə sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, xtansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq və sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək.

Eyni zamanda qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Kateqoriyalar