6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Qurban Qurbanov “Barselona”nın düşərgəsində olub - FOTOLAR

24-may-2025
Qurban Qurbanov “Barselona”nın düşərgəsində olub - FOTOLAR
Yazı Ölçüsü:
"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.
"PostMedia" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas və B komandaları, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10-un məşqlərini izləyib.
Q.Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.
Flik komandamızın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib.
Q. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub.
Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031