Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Dünya Kuboku 2025-ə qatılacaq komandalar üçün yeni oyunçularln transferinə razılıq verib.
“PostMedia” xəbər verir ki, turnirdə iştirak edəcək klublar 1-10 iyun tarixlərində transfer edə biləcəklər.
FIFA-nın verdiyi açıqlamada, 2025 Klublar Dünya Kubokunda iştirak edəcək 32 klub üçün əlavə transfer dövrünün açıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, turnirdə iştirak edəcək klublar 1-10 iyun tarixlərində müqavilə imzalamaq üçün istisna transfer pəncərəsindən yararlana biləcəklər.
Hər il 7 komandanın iştirak etdiyi Klublar Dünya Kuboku, format dəyişikliyindən sonra artıq hər 4 ildən bir 32 komandanın iştirakı ilə keçiriləcək.
Bu il 15 iyun–13 iyul tarixlərində 2025 Klublar Dünya Kuboku iştirakçısı olacaq 32 komandanın 12 şəhərdə 63 oyun keçirəcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
