İspaniya Kral Kuboku finalında “Barcelona” qarşılaşdığı “Real Madrid”i 3-2 hesabı ilə məğlub edərək kubokun sahibi olub.
”PostMedia” xəbər verir ki, “Barcelona”ya qələbəni gətirən qolları 28-ci dəqiqədə Pedri, 84-cü dəqiqədə Ferran Torres və 116-cı dəqiqədə Kounde vurub. ”Real Madrid”in qolları isə 69-cu dəqiqədə Mbappe və 77-ci dəqiqədə Tchouameni tərəfindən vurulub. Qarşılaşmaya 55-ci dəqiqədə qoşulan türkiyəli futbolçu Arda Güler ikinci qolun asistenti olub.