Türkiyə və İsveç milli futbol yığma komandaları 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanıblar.
“PostMedia” xəbər verir ki, Avropa zonası üzrə seçmə mərhələnin “pley-off” final oyunlarında İsveç millisi Polşa futbol yığması üzərində 3:2 hesablı qələbə qazanıb.
İsveç yığmasının heyətində qolları Antoni Elanqa (20), Qustaf Laqerbielke (44) və Viktor Gyökeres (88) vurublar.
Polşa millisinin qollarını isə Nicola Zalevski (33) və Karol Şviderski (55) adlarına yazdırıblar.
Digər final qarşılaşmasında Türkiyə millisi Kosovo milli futbol yığması üzərində minimal hesabla qalib gəlib. Priştinada keçirilən oyunun taleyini 53-cü dəqiqədə vurulan qol həll edib. Həmin qolu Kerem Aktürkoğlu vurub.
Beləliklə, İsveç və Türkiyə milliləri 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak hüququ əldə ediblər.
Bu arada Avropa zonası üzrə digər “pley-off” final oyunlarında Bosniya və Herseqovina - İtaliya, Çexiya– Danimarka yığmalarının qarşılamalarının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxt təyin olunub. Təyin edilmiş cərimə zərbələrində Bosniya və Herseqovina (4:1) və Çexiya (3:1) fərqlənib.
