Futbol üzrə Almaniya milli futbol komandası Ştutqartda keçirilən yoldaşlıq oyununda Qana milli futbol komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
“PostMedia” xəbər verir ki, görüşdə hesabı ilk hissənin əlavə olunmuş üçüncü dəqiqəsində Bundestim və İngiltərə çempionatının ikincisi “Arsenal” klubunun hücumçusu Kay Havertz açıb.
70-ci dəqiqədə İngiltərənin “Lester Siti” klubunun hücumçusu İssahaku Fatavu hesabı bərabərləşdirib.
Almaniya millisinin qələbə qolunu isə 88-ci dəqiqədə Almaniyanın “Ştutqart” klubunun hücumçusu Deniz Undav vurub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
